"Çelsi"yə transfer qadağası qoyula bilər

12:09 19 Yanvar 2018

"Çelsi"yə transfer qadağası qoyula bilər.

 

Sportarena.az xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb. London klubu gənc futbolçuların qeydiyyatı zamanı qaydalara əməl etməməkdə günahlandırılır.

 

Məsələ burasındadır ki, "Çelsi" Bertran Traore ilə  18 yaşında peşəkar müqavilə imzalayıb. Lakin o, buna qədər qeyri-rəsmi 16 görüşdə iştirak edib ki, bu da FİFA-nın qaydalarına ziddir.

 

Ancaq ali futbol qurumu təkcə Traoredə deyil, London təmsilçisinin ümumilikdə 25 gənc futbolçunun qeydiyyatı zamanı klubun qaydalara riayət etməməsindən şübhələnir. Əgər “Çelsi” bu məsələdə günahı sübuta yetirilsə, kluba transfer qadağası qoyulacaq.


Digər xəbərlər

Xəbər xətti