Vitali Borisov: “Hamının şansı bərabərdir”

12:48 19 Yanvar 2018

Yanvarın 30-dan fevralın 10-dək Sloveniyanın Lyublyana şəhərində təşkil olunacaq Avropa çempionatının final mərhələsində iştirak edəcək futzal üzrə Azərbaycan milli komandasının açıq məşqi keçirilib.

 

Sportarena.az xəbər verir ki, məşqdən öncə komandamızın üzvü Vitali Borisovun iştirakı ilə brifinqi baş tutub. Təcrübəli oyunçu yığmamızın yer aldığı qrupdakı komandaların şanslarını dəyərləndirib:

 

"Komandanın məşqlərinə 3 gün əvvəl qoşulmuşam. Maraqlı qrupumuz var. İspaniya və Fransa kimi komandalarla qarşılaşacağıq. Avropa çempionatında zəif rəqib olmur. Fransa millisi ilk dəfə bu cür yarışda iştirak etmək hüququ qazansa da, play-offda Xorvatiya kimi komandanı mübarizədən kənarlaşdırıb. Qrupumuzdakı hər bir komandanın növbəti mərhələyə yüksəlmək üçün 33 faiz şansı var. Hər şey oyunlar zamanı məlum olacaq. Hər bir komanda uda və ya uduza, bir-birindən xal ala bilər”.


Digər xəbərlər

Xəbər xətti