Hazırlığını Türkiyənin Antalya şəhərində davam etdirən 17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası növbəti yoldaşlıq oyunu keçirib.
Sportarena.az xəbər verir ki, komandamız “Antalyaspor”un qızlardan ibarət U-19 komandası ilə qarşılıb və 3:2 hesabı ilə qələbə qazanıb. Millinin heyətində Birgül Çelik dubl edib. Bir dəfə isə avtoqol qeydə alınıb.
Qeyd edək ki, millimiz bundan əvvəl "Antalyaspor"a 6:1 hesabı ilə qalib gəlmişdi.