Azərbaycan Basketbol Federasiyasının baş katibi Qəhrəman Müslüm oğlu Məmmədyarov vəfat edib.
Sportarena.az xəbər verir ki, o, yanvarın 18-də 79 yaşında uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
2003-cü ildən Federasiyanın baş katibi olan, görkəmli alim, veteran basketbolçu, tanınmış idman xadimi, professor Qəhrəman Məmməyarov ömrünü ölkəmizdə sağlam, vətənsevər gəncliyin yetişdirilməsinə həsr edib.
Bu ağır itki ilə əlaqədar ABF-nın Rəyasət Heyyəti ölkə basketbolsevərləri adından mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.
Allah rəhmət eləsin!