“Bavariya” heyətini yeni futbolçuyla gücləndirib.
Sportarena.az xəbər verir ki, Münhen təmsilçisi “Şalke”nin futbolçusu Leon Qoretska ilə anlaşıb. Bu barədə məlumatı klubun saytı yayıb.
“Bavariya” 22 yaşlı yarımmüdafiəçiylə 2022-ci ilə kimi müqavilə bağlayıb.
Karyerası ərzində “Şalke”dən başqa “Bohum”da da top qovmuş Qoretska, 2014-cü ildən Almaniya millisinin üzvüdü.