Şəhriyar liderdi

10:14 20 Yanvar 2018

Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən şahmat üzrə ənənəvi “Tata Steel Chess” turniri davam edir.

 

Sportarena.az xəbər verir ki, dünən yarışın 6-cı turuna yekun vurulub. Yarışda ölkəmizin yeganə təmsilçisi, qrossmeyster Şəhriyar Məmmədyarov bu turda hindistanlı Baskaran Adhibanla ilə üz-üzə gəlib. Qara fiqurlarla oynayan “Şah” qarşılaşmanın 86-cı gedişində qalib gəlib.

 

Hazırda 4,5 xala malik Məmmədyarov vahid liderdi. O, Vişvanatan Anand (Hindistan) və Aniş Qirini (Hollandiya) yarım xal qabaqlayır.

 

Təmsilçimiz yarışın 7-ci turunda ağ fiqurlarla çinli Yi Veylə qarşılaşacaq.


Digər xəbərlər

Xəbər xətti