1990-cı ilin 20 yanvar günü tariximizə ümümxalq hüzn günü kimi daxil olub. Artıq həmin tarixdən 28 il ötür. Hər il olduğu kimi bu ildə də Şəhidlər Xiyabanına insan axını olub.
Sportarena.az xəbər verir ki, “Zirvə” Beynəlxalq İdman Klublarının rəhbər və nümayəndə heyəti, AAAF Park əməkdaşları,” Zirvə” liseyinin müəllim kollektivi, məşqçi və idmançılar Şəhidlər Xiyabanını ziyarət ediblər. Geniş heyətlə mərasimə qatılan əməkdaşlarımız şəhidlərin ruhuna ehtiramlarını ifadə edib, məzarlar önünə qərənfillər düzüblər.