Şəhriyardan növbəti qələbə

11:40 21 Yanvar 2018

Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən şahmat üzrə ənənəvi “Tata Steel Chess” turniri davam edir.

 

Sportarena.az xəbər verir ki, dünən yarışın 7-ci turuna yekun vurulub. Şəhriyar Məmmədyarov turnirdə üçüncü qələbəsini qazanıb.

 

Azərbaycan şahmatçısı 7-ci turda ağ fiqurlarla çinli Vey İni məğlub edib. Rəqib 30-cu gedişdə təslim olub.

 

Bununla da xallarını 5,5-ə çatdıran Məmmədyarov, vahid liderliyini davam etdirir. O, ən yaxın izləyicilərindən 1 xal öndədir.


Digər xəbərlər

Xəbər xətti