"Qalatasaray"ın İdarə Heyətində Azərbaycan üçün tanış sima

17:39 21 Yanvar 2018

Türkiyənin "Qalatasaray" klubunun yeni prezidenti müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, Mustafa Cengiz İstanbul nəhənginin yeni prezidenti seçilib. Seçkidən dərhal sonra klubun İdarə Heyətinin yeni tərkibi də müəyyənləşib. Cengiz tərəfindən təqdim olunan siyahıda İdarə Heyətinə 10 nəfər əsas, 5 nəfər isə ehtiyat üzv kimi göstərilib.

 

Əsas heyətə daxil olanlardan biri də Ahmet Ünal Çeviközdü. Hansı ki, onu Azərbaycan üçün tanış sima saymaq olar. Belə ki, Çeviköz 2001-2004-cü illər aralığında Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri olub.

 

Qeyd edək ki, Mustafa Cengiz "Qalatasaray"ın 37-ci prezidentidi. 


Digər xəbərlər

Xəbər xətti