Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən şahmat üzrə ənənəvi “Tata Steel Chess” turniri davam edir.
Sportarena.az xəbər verir ki, dünən yarışın 8-ci turuna yekun vurulub. Təmsilçimiz Şəhriyar Məmmədyarov Aniş Giri ilə görüşüb. Oyun hollandiyalının qələbəsi ilə başa çatıb.
8 turdan sonar 3 şahmatçı - Məmmədyarov, Giri və Maqnus Karlsen 5,5 xal toplayaraq, liderlik edirlər.
Azərbaycan təmsilçisi yanvarın 23-də keçiriləcək 9-cu turda rusiyalı Vladimir Kramnikla görüşəcək.