Dünən U-21 yığmamız Türkiyənin Antalya şəhərində keçirdiyi təlim-məşq toplanışı çərçivəsində növbəti matçına çıxdı.
Sportarenaaz xəbər verir ki, Rəşad Sadıqovun yetirmələri Albaniyadan olan həmyaşıdlarına uduzub - 0:1. Daha öncə “Alanyaspor”un U-21 komandasını 3:1 hesabıyla yenən millimiz sabah Gürcüstandan olan həmyaşıdları ilə görüşəcək.
Maraqlıdı ki, U-21-in dünənki oyunu ilə bağlı fərqli xəbərlər alırıq. AFFA bu matçı 21 yaşlıların qarşılaşması kimi təqdim etsə də, sən demə, komandamız daha kiçik yaşlılara uduzub. Albaniya mənbələri bu matçda U-20 komandalarının meydana çıxdığını bildirib.
Bizdə də U-20 komandası olduğundan matçın “müvafiq yaş qrupundan olan millilər” arasında baş tutduğunu iddia edilə bilər. Lakin oyuna çıxan heyətdən hörürük ki, belə deyil. Komandamızın heyətində meydana çıxan oyunçuların içində hətta yaşı 22-ni keçənlər də var.
Start heyəti: Abdulla Seyidəhmədov, Ömər Buludov, Bəhlul Mustafazadə, Elvin Sərkərov, Sərtan Taşkın, Qismət Alıyev, Hacıağa Hacılı, İsmayıl İbrahimli, Fəhmin Muradbəyli, Mahir Mədətov, Ramil Şeydayev.
Ehtiyat oyunçular: Kamran İbrahimov, Ehtiram Şahverdiyev, İlkin Muradov, Anton Krivotsyuk, Elnur Cəfərov, Ülvü İskəndərov, Murad Qayalı, Nicat Süleymanov, Murad Xaçayev, İlyas Səfərzadə, Xəyal Nəcəfov.
Mənbə: Qafqazinfo