İngiltərənin “Uotford” klubu baş məşqçi Mark Silvanı postundan uzaqlaşdırıb.
Sportarena.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. İstefaya komandanın son nəticələrinin uğursuz olması səbəb göstərilir. Son turda “Lester”ə səfərdə 0:2 hesablı məğlubiyyət Silvaya baha başa gəlib.
40 yaşlı portuqaliyalı mütəxəssis Premyer Liqa klubunu 2017-ci ilin may ayından çalışdırırdı.
Artıq “Uotford”un yeni baş məşqçisi də bəllidi. Klub rəhbərliyi Silvanı Xavyer Qrasiya ilə əvəzləyib. 47 yaşlı ispaniyalı mütəxəssisin təyinatı barədə klubun mətbuat xidməti məlumat yayıb. Qrasiya son olaraq 2016/17 mövsümündə Rusiyanın “Rubin” klubunu çalışdırıb.
“Uotford” 24 turdan sonra Premyer Liqada 26 xalla 20 iştirakçı arasında 10-cu pillədə qərarlaşıb.