Futzal ölkəmizdə ən populyar idman növlərindən biri hesab edilir. Azərbaycan futbolda əldə edə bilmədiyi uğurları məhz futzalda qazanıb.
Spotrarena.az xəbər verir ki, uzun illərdən bəri bu sahədə əsas çatışmamazlıqlardan biri uşaq-futzal məktəblərinin yoxluğu hesab edilirdi. Artıq bu boşluq aradan qaldırılıb.
Belə ki, Bakıda ilk peşəkar uşaq-futzal məktəbi fəaliyyətə başlayıb. Paytaxtımızın Binəqədi rayonunda yerləşən "Marafon" İdman Mərkəzində "Fener" uşaq-futzal məktəbi təsis edilib. Ağasadıq Gəraybəyli 28 B ünvanında(7-ci mikrorayon) yerləşən məktəbdə 5-12 yaş arası uşaqların məşq etməsi üçün hər cür şərait var. "Fener"in məşqçiləri isə yığma komandamızın sabiq üzvləridir. Hər həftə bir tanınmış futzalçının master-klass keçdiyi məktəbdə uşaqlar forma ilə təmin edilir. Həmçinin, futzal məktəbinin üzvlərinin müxtəlif yaş qrupları üzrə beynəlxalq turnirlərdə iştirakı təmin edilir.