Robinyo Türkiyə klubunda

17:25 22 Yanvar 2018

Türkiyə Super Liqa təmsilçisi “Sivasspor” heyətini dünya səviyyəli ulduzla gücləndirib.

 

Sportarena.az xəbər verir ki, “yiğidolar” Braziliya millisinin hücumçusu Robunyo ilə böyük ölçüdə razılığa gəlib. Bu barədə məlumatı Türkiyə mətbuatı yayıb. “Qırmızı-ağlar”ın baş məşqçisi Samet Aybaba qardaş ölkə mətbuatına açıqlamasında 33 yaşlı futbolçunun transferini böyük ölçüdə həll etdiklərini deyib:

 

“Robinyo ilə böyük ölçüdə razılığa gəlmişik. Onunla 1,5 illik müqavilə bağlayacağıq. Son detallar müzakirə edilir. Bu gün danışıqlar yekunlaşacaq”.

 

“Sivasspor”un saytı da braziliyalı hücumçunun keçidini açıqlayıb. Məlumatda Robinyo ilə böyük ölçüdə razılığa gəlindiyi, futbolçunun sabah Sivasa gələcəyi qeyd edilib.

 

Xatırladaq ki, karyerası ərzində “Santos”, “Real”, “Mançester Siti”, “Milan” kimi komandalarda top qovmuş Robinyonun son klubu “Atletiko Mineyro” olub.

 

2003-cü ildən Braziliya millisinin üzvü olan futbolçu yığmada 100 oyun keçirib, 28 qol vurub.


Digər xəbərlər

Xəbər xətti