Keyn daha bir mükafata sahib çıxdı

15:51 23 Yanvar 2018

"Tottenhem"in hücumçusu Harri Keyn daha bir mükafata layiq görülüb.

 

Sportarena.az xəbər verir ki, o azarkeşlər arasında keçirilən sorğuya görə 2017-ci ildə İngiltərə millisinin ən yaxşı futbolçusu seçilib.

 

24 yaşlı forvard ötən il millidə 7 oyun keçirib. O, məhsuldar performansla komandanın 2018-ci il dünya çempionatına vəsiqə qazanmasına kömək edib.

 

Qeyd edək ki, Keyn 56 qolla 2017-ci ilin ən məhsuldar futbolçusu olub


Digər xəbərlər

Xəbər xətti