Braziliyalı futbolçu Robinyonun “Sivasspor”la anlaşdığı barədə məlumat vermişdik.
Sportarena.az xəbər verir ki, artıq Türkiyəyə gələn hücumçu Sivas təmsilçisi ilə 1,5 illik müqavilə bağlayacaq. Robinyo “Sivasspor”da 2 milyon avro qazanacaq.
Qeyd edək ki, o, çıxış etdiyi son klub olan “Atletiko Moneyro”da ilinə 900 min avro qazanırdı.