UEFA PSJ ilə bağlı qərar verib.
Sportarena.az xəbər verir ki, Avropanın ali futbol qurumu apardığı araşdırmalar nəticəsində Paris təmsilçisinin Neymar və Kilian Mbappenin transferinin maliyyə feyr-pley qaydalarına uyğun olduğu qərarına gəlib. Bu barədə məlumatı Fransa mətbuatı yayıb.
Xatırladaq ki, PSJ Neymarın transferi üçün “Barselona”ya 222 milyon avro ödəmişdi. Paris təmsilçisi Kilian Mbappeni isə “Monako”dan 180 milyon avroluq transfer haqqı ilə icarəyə götürmüşdü.