Azərbaycan - Kosovo matçı ləğv olundu

17:27 24 Yanvar 2018

Azərbaycan millisinin Kosovo yığması ilə keçirilməsi nəzərdə tutulan yoldaşlıq oyunu ləğv olunub.

 

Sportarena.az AFFA-nın saytına istinadən xəbər verir ki, UEFA Millətlər Liqası turnirinin bu gün İsveçrənin Lozanna şəhərində keçirilmiş püşkatmasının nəticəsinə əsasən, Azərbaycan və Kosovo milli komandalarının eyni qrupda mübarizə aparacağı müəyyənləşdiyi üçün fevralın 2-də Türkiyənin Antalya şəhərində bu komandalar arasında planlanlaşdırılan yoldaşlıq oyunu baş tutmayacaq.

 

Bununla əlaqədar hər iki futbol federasiyasının rəhbərliyi arasında püşkatmadan sonra görüş keçirilib və qarşılıqlı razılıq əldə olunub.


Digər xəbərlər

Xəbər xətti