“Xəzər” Türkiyə klubuna qalib gəldi

21:27 24 Yanvar 2018

Türkiyədə təlim-məşq toplanışında olan “Xəzər” növbəti yoxlama oyununu keçirib.

 

Sportarena.az xəbər verir ki, Birinci Divizion təmsilçisi yerli “Kəmərspor” klubu ilə qarşılaşıb.

 

Kəmərdəki “Dr. Fehmi Öncel Stadionu”nda baş tutan oyun “Xəzər”in aşağı liqa təmsilçisi üzərində əzmkar qələbəsi ilə başa çatıb. FİFA referisi Boris Marhefkanın başçısı olduğu slovakiyalı hakimlərin idarə etdiyi oyunda təmsilçimiz 2:1 hesabıyla üstün olub. Birinci hissədə hesabı açan kəmərlilərə fasilədən sonra “Xəzər”in heyətində dubla imza atan Ramil Həsənov cavab verib.

 

Qeyd edək ki, “Xəzər”in Antalyada daha 3 yoxlama oyunu nəzərdə tutulub. Paytaxt klubu ilk sınağında Almaniyanın “Vakker Nordhauzen” komandasına 0:3 hesabıyla uduzmuşdu.


Digər xəbərlər

Xəbər xətti