Dağıstanlı futbolçu Samur Ağaməhəmmədov U-21 millimizdən təklif alıb.
Sportarena.az xəbər verir ki, bu barədə o, klubun saytına açıqlamasında bildirib. Ermənistan “Artsax”ına keçən 21 yaşlı qolkiper klubun saytına açıqlamasında yığmamızdan gələn təklifi rədd etdiyini bildirib:
“Mən Azərbaycanın U-21 millisindən təklif almışdım. Ancaq menecerimə inandım və “Artsax”a keçməyə qərar verdim. Burada hər şey yaxşıdır. Birinci matçda "Punik"ə qalib gəldk və ölkə çempionu "Alaşkert"lə heç-heçə etdik. “Artsax” iddialı klubdur və biz çempionluq uğrunda mübarizə aparacağıq”.