Almaniyanın ikinci Bundesliqası çərçivəsində keçirilən "Darmştadt" - "Kayzerslautern" oyunu yarıda dayandırılıb.
Sportarena.az xəbər verir ki, buna “Kayzerslautern”in baş məşqçisi Jeff Ştrasserin səhhətində yaranan problem səbəb olub. 43 yaşlı mütəxəssis infarkt keçirib. O, qarşılaşmanın fasiləsində özünü pis hiss edib. Mütəxəssisin ürək tutmasından əvvəl ürəyi bulanıb, başı gicəllənib. Onu təcili olaraq xəstəxanaya çatdırıblar.
İlk hissədən sonra hesab 0:0 olan qarşılaşma yarıda dayandırılıb.