“Mançester Yunayted” baş məşqçisi Joze Mourinyo ilə yeni müqavilə bağlayıb.
Sportarena.az xəbər verir ki, mankunianlar portuqaliyalı mütəxəssislə müqavilə müddətini 2020-ci ilin yayına kimi uzadıb. Bu barədə məlumatı klubun saytı yayıb.
Açıqlamada müqavilədə anlaşmanın daha bir il müddətinə uzadıla biləcəyi ilə bağlı maddə olduğu da qeyd edilib.