I Divizion təmsilçisi "Binə” qış toplanışı çərçivəsində növbəti yoxlama oyununu keçirib.
Sportarena.az xəbər verir ki, paytaxt təmsilçisi üçüncü sınaq matçında "Qarabağ”ın əvəzedicilərdən ibarət komandası ilə qarşılaşıb. Binəlilər bu görüşdə 1:0 hesabıyla qalib gəliblər.
Qedy edək ki, komanda əvvəlki yoxlama oyunlarında "Sabah”a və "Neftçi”nin əvəzedicilərdən ibarət komandasına eyni hesabla (1:2) məğlub olmuşdu.