Türkiyənin “Kasımpaşa” klubunun baş məşqçisi Kemal Özdeş istefa verib.
Sportarena.az xəbər verir ki, ötən gecə Super Liqanın 19-cu turu çərçivəsində səfərdə “Beşiktaş”a 1:2 hesablı məğlubiyyətdən sonra o, postundan ayrılmaq qərarına gəlib. Bu, Özdeşin komandanı meydana çıxardığı 50-ci və sonuncu oyun olub.
O, 2016-cı ilin sentyabr ayından bu klubun “sükanı arxasında” çalışırdı. Cari mövsümdə komanda bu məşqçinin rəhbərliyi altında 22 xal toplayıb və 18 kollektiv arasında 11-ci pillədə qərarlaşıb.