Birinci divizion təmsilçisi “Sabah” növbəti transferini reallaşdırıb.
Sportarena.az xəbər verir ki, paytaxt klubu moldovalı hücumçu Artyom Zabunla ilyarımlıq müqavilə imzalayıb.
Moldovanın "Şerif" klubunun yetirməsi olan Zabun, peşəkar karyerası ərzində "Sfantul George" (Moldova), "Krumkaçı" (Belarus) klublarında da forma geyinib. Moldovanın aşağı yaş qrupu üzrə yığmalarında da çıxış edən 21 yaşlı hücumçu, əsas millidə bir matç keçirib.