“Athletik”in müdafiəçisi Emerik Lyaport karyerasını “Mançester Siti”də davam etdirəcək.
Sportarena.az xəbər verir ki, gənc oyunçu “şəhərlilər”lə hərtərəfli anlaşma əldə edib. Klublar arasında aparılan danışıqlar da artıq müsbət nəticələnib.
Razılığa əsasən, “Siti” 24 yaşlı futbolçunun keçidi üçün qarşı tərəfə 65 milyon avro ödəyəcək. Lyaport yaxın günlərdə yeni komandası ilə 6 illik müqaviləyə qol çəkəcək.
Bu keçid isə İngiltərə nəhənginin ən bahalı transferi kimi tarixə düşəcək. Hələlik bu baxımdan rekord 2015-ci ildə “Volfsburq”dan 63 milyon avroya alınan Kevin De Bruyneyə məxsusdu.