Çimərlik futbolu üzrə Azərbaycan milli komandası İranın Buşehr şəhərində təşkil olunmuş “Persian Cup 2018” beynəlxalq turnirində ilk oyununu keçirib.
Sportarena.az xəbər verir ki, İran yığması ilə qarşılaşan millimiz 2:3 hesabı ilə məğlub olub. Komandamızın qollarını Əbdül Əliyev və Asif Zeynalov vurub.