Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 20-ci turun oyunları keçirilib.
Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Ersgebirge” də növbəti matçına çıxıb. Sözügedən komanda doğma meydanda Braunşveyq “Ayntraxt”ı ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:3.
Nazarov da bu qarşılaşmanın iştirakçısı olub. Start heyətdə meydana çıxan millimizin üzvü 56-cı dəqiqədə əvəzlənib.
“Ersgebirge” geridə qalan turlarda topladığı 23 xalla 18 klub arasında 15-ci pillədə qərarlaşıb.