Şvaynştaygerin şərəfinə oyun keçiriləcək

16:53 29 Yanvar 2018

Almaniya millisinin sabiq üzvü Bastian Şvaynştaygerin şərəfinə oyun keçiriləcək.

 

Sportarena.az xəbər verir ki, matç futbolçunun hazırda şərəfini qoruduğu “Çikqao Faye” və sabiq klubu “Bavariya” arasında baş tutacaq. Görüş bu il avqustun 28-də, “Alyans Arena”da keçiriləcək. Şvaynştayger hər hissədə bir klubun formasında çıxş edəcək.

 

Xatırladaq ki, Şvaynştayger “Bavariya”nın yetirməsidi. 13 yaşında klubun akademiyasına qatılan Bastian, 17 yaşından Münhen təmsilçisinin əsas komandasına cəlb edilib.

 

O, 30 yaşında - 2015-c ildə “Mançester Yunayted”ə transfer edilmşdi. 33 yaşlı yarımmüdafiəçi ötən ildən MLS təmsilçisi “Çikqao Faye”nin uğurları üçün mübarizə aparır.


Digər xəbərlər

Xəbər xətti