“Qarabağ”ın sabiq üzvü “Xəzər”də

18:10 29 Yanvar 2018

Birinci Divizion təmsilçisi “Xəzər” mövsümün ikinci yarısına hazırlıq çərçivəsində növbəti transferini reallaşdırıb.

 

Sportarena.az xəbər verir ki, əldə olunmuş razılığa əsasən, mövsümün ilk yarısını Şimali Kiprin “Yeniboğaziçi” klubunda keçirən Nodar Məmmədovla mövsümün sonuna qədər müqavilə imzalanıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

“Şahdağ” futbol klubunun yetirməsi olan 30 yaşlı müdafiəçi müxtəlif illərdə "Qarabağ", MOİK, "Qəbələ", "Rəvan", "Sumqayıt" və "Xəzər Lənkəran" klublarında da oynayıb.


Digər xəbərlər

Xəbər xətti