Azərbaycan - Moldova oyunlarının hakimləri açıqlandı

12:40 30 Yanvar 2018

Antalyada təlim-məşq toplanışında olan Azərbaycan yığması bu gün yoxlama oyununda qüvvəsini sınayacaq.

 

Sportarena.az xəbər verir ki, millimiz Moldova yığması ilə qarşılaşacaq.

 

Oyunu idarə edəcək hakimlər bəlli olub. Qarşılaşma türkiyəli hakimlər briqadasına həvalə olunub. Oyunun baş hakimi Hüseyn Göçek olacaq. Ona həmyerliləri Bahattin Duran və Tarık Onqun kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Barış Şimşek yerinə yetirəcək.

 

“Mardan” stadionunda keçiriləcək matç, Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. 

 

Yoxlama oyunu

30 yanvar

20:00 Azərbaycan - Moldova 
Hakimlər: Hüseyn Göçek, Bahattin Duran, Tarık Onqun, Barış Şimşek (hamısı Türkiyə)


Digər xəbərlər

Xəbər xətti