Futbol üzrə Türkiyə Kubokunda 1/4 final mərhələsinə start verilib.
Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Dəniz Yılmazın formasını geyindiyi “Gənclərbirliyi” də bu mərhələdə ilk oyununa çıxıb. Sözügedən kollektiv səfərdə “Beşiktaş”la qarşılaşıb. Futbolçumuzun komandası bu qarşılaşmadan məğlubiyyətlə ayrılıb – 1:3.
Dəniz də bu görüşün iştirakçısı olub. O, qarşılaşmanın 46-cı dəqiqəsində meydana buraxılıb. Komandasının yeganə qolunu da məhz millimizin forvardı vurub. Lakin onun 53-cü dəqiqəqə vurduğu bərabərlik topu “Beşiktaş”ın qələbəsinə mane olmayıb.
Bu kollektivlər arasındakı cavab qarşılaşması fevralın 6-da keçiriləcək.