"Bursaspor" Almeydanın transferini tamamladı? - İDDİA

15:56 31 Yanvar 2018

“Qarabağ”ın yarımmüdafiəçisi Riçard Almeyda bu gün “Bursaspor”la müqavilə imzalaya bilər.

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı bursa.com saytı yayıb. Bildirilir ki, qış transfer pəncərəsinin son günündə danışıqları sürətləndirən “Burasspor” rəhbərliyinin “Qarabağ”la razılığa gəlib. Millimizin üzvünün bu gün Bursaya yollanaraq, müqavilə bağlaması gözlənilir.

Qeyd edək ki, Almeydanın "Qarabağ"la müqaviləsi mövsümün sonunda başa çatacaq.


Digər xəbərlər

Xəbər xətti