Pyer-Emerik Obameyanqı heyətinə qatan "Arsenal" daha bir futbolçu ilə yeni müqavilə imzalayıb.
Sportarena.az xəbər verir ki, "topçular" Məsul Özüllə yayada bitəcək olan müqavilənin müddətini uzadıb. BBC-nin yaydığı məlumata görə türk əsilli futbolçu ilə 3,5 illik sözləşmə imzalanıb.
Yeni müqaviləyə əsasən Almaniya millisinin üzvü London klubunda həftəlik 350 min funt-sterlinq qazanacaq. Bu isə klub tarixində rekord göstəricidi.
Qeyd edək ki, Məsul Özil "Arsenal"a ildə 2013-cü ildə "Real"dan transfer olunub. 29 yaşlı hyarımmüdafiəçi Premyer Liqa klubunun heyətində meydana çıxdığı 136 qarşılaşmada 27 qol vurub.