“Antalyaspor” fransalı futbolçusu Samir Nəsrinin müqaviləsinə xitam verib.
Sportarena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidmətinin rəhbəri Cumhur Arıcı açıqlamasında deyib. 30 yaşlı yarımmüdafiəçi hazırda azad agent statusu daşıyır.
Türkiyə mətbuatının məlumatına görə, Nəsrinin xidmətində Türkiyə Super Liqasının lideri olan "Başakşəhər" maraqlıdır.
Xatırladaq ki, ötən yay "Mançester Siti"dən "Antalyaspor"a transfer olunan Nəsri karyerası ərzində “Arsenal”, “Mançester Siti”, “Marsel”, “Sevilya” kimi klublarda oynayıb.