Seneqallı futbolçu Demba Ba Türkiyəyə qayıdıb.
Sportarena.az xəbər verir ki, 32 yaşlı hücumçu Superliqa təmsilçisi "Göztəpə"yə transfer olunub. Bu barədə klubun saytı məlumat yayıb. Onunla mövsümün sonuna kimi müqavilə imzalanıb.
Qeyd edək ki, Demba Ba son olaraq "Şanxay Şenxua"da oynayıb. O, 2014-2015-ci illərdə "Beşiktaş"ın şərəfini qoruyub və 44 matçda 27 qol vurub.