Futzal üzrə Avropa çempionatının D qrupunda mübarizəyə start verilib.
Sportarena.az xəbər verir ki, yarışın ikinci oyun günündə rəqiblərimiz - İspaniya və Fransa qarşılaşıb. Lyublyanadakı "Stojiçe Arena"da baş tutan oyunda qalib müəyyənləşməyib. 8 qolluq qarşılaşmada tərəflər hərəyə 4 top vursa da, 1 xalla kifayətlənməli olublar.
Qeyd edək ki, millimiz ilk oyununu fevralın 2-də Fransaya qarşı keçirəcək. Yeri gəlmişkən, komandamız tam heyətlə rəqiblərimizin oyununu canlı olaraq arenadan izləyib.