Millimiz AÇ-dəki ilk oyununa hakim təyinatları açıqlandı

12:01 1 Fevral 2018

AÇ-2018-in qrup mərhələsi çərçivəsində fevralın 2-də Fransa ilə qarşılaşacaq futzal yığmamızın oyununu idarə edəcək hakimlər müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, qarşılaşmanın birinci və ikinci hakimi İtaliyadandı. Müvafiq olaraq Angelo Qalante və Alessandro Malfer iş başında olacaq. Üçüncü hakim funksiyasını Çexiyadan olan Ondrej Cerni yerinə yetirəcək. Referilərin işinə isə ispan Pedro Angel Qalan Nieto qiymət verəcək.

 

Oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti