ABŞ dünya idmanında və FİFA-da başqa verən korrupsiya əməlləri ilə bağlı yeni araşdırmaya başlayıb.
Sportarena.az xəbər verir ki, araşdırma zamanı Rusiyanın 2014-cü ildə Soçidə keçirilən qış olimpiya oyunlarında və DÇ-2018-ə ev sahibliyi əldə etməsi də araşdırılacaq. Bu barədə məlumatı “New York Times” yayıb.
Məlumata görə, ABŞ tərəfi məsələ ilə bağlı yeni faktlar əldə edib.
ABŞ FİFA-da ilk korrupsiya əməliyyatını 2015-ci ilin mayında qurumun ofisində aparmışdı. Bir neçə FİFA funksioneri həbs edilmişdi. Həmin əməliyyatdan sonra FİFA prezidenti Jozef Blatterlə UEFA prezidenti Mişel Platini futboldan uzaqlaşdırılıblar.