Hazırda Antalyada təlim-məşq toplanışında olan “Neftçi” daha bir yoxlama oyunu keçirəcək.
Sportarena.az xəbər verir ki, “ağ-qaralar” birinci divizion təmsilçisi “Sabah"la qarşılaşacaq. Bu barədə məlumatı birinci divizion klubunun mətbuat xidməti yayıb.
Oyun fevralın 5-də İsmət Qayıbov adına təlim-məşq bazasında keçiriləcək və saat 15:00-da başlayacaq.