Futzal üzrə Azərbaycan millisi Sloveniyada təşkil edilən Avropa çempionatının final mərhələsində bu gün ilk oyununu keçirib.
Sportarena.az xəbər verir ki, yığmamız Lyublyanadakı “Stojice Arena”da Fransa millisi ilə qarşılaşıb. Komandamız rəqibini 5:3 hesabı ilə məğlub edib. Millimiz İspaniya ilə oyunun nəticəsindən asılı olmayaraq 1/4 finala vəsiqə qazanıb.
Futzal üzrə Avropa çempionatı
2 fevral
21:00 Fransa - Azərbaycan 3:5
Qol: Nqala, 7. Abdessamad Mohammed, 21 - Bolinyo, 3; 23; 24. Kardoso, 29.
Hakimlər: Ancelo Qalante (İtaliya), Alessandro Malfer (İtaliya), Ondrej Cernidən (Çexiya)
Fransa: 1. Camel Haroun (q,k), 6. Kevn Ramires, 8. Azdin Ayqoun, 10. Abdessamad Mohammed, 20. Souheyl Mouhoudine
Ehtiyat oyunçular: 12. Ba El Maarouf Kerroumi (q), 16. Joevin Durot, 18. Samba Kebe, 2. Sid Belhaj, 5. Boulaye Ba, 19. Adrien Qasmi, 14. Samir Alla, 11. Landri Nqala, 7. Mişel De Sa Andrade
Baş məşqçi: Pierre Jacky
Azərbaycan: 12. Rövşən Hüseynli (q), 5. Fineo de Araujo, 6. Eduardo Borges, 13. Everton Kardoso “Qalo”, 3. Thaqo Telez “Bolinyo”
Ehtiyat oyunçular: 1. Emin Kürdov (q), 2. Samir Həmzəyev, 4. İsa Atayev, 7. Ramiz Çovdarov, 8. Rizvan Fərzəliyev (k), 10. Vassoura, 11. Xətai Bağırov, 14. Vitali Borisov, 18. Namiq Məmmədkərimov
Baş məşqçi: Joze Alesio Da Silva