Futbolçunu vuran hakimin cəzası məlum oldu

12:39 2 Fevral 2018

Fransa Peşəkar Futbol Liqası ölkə çempionatının “Nant” – PSJ matçında meydan sahiblərinin futbolçusu Dieqo Karlosu təpiklə vuran  hakim Toni Şapronun cəzasını açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, o, 3 ay müddətinə təyinat almayacaq. T.Şapron bir də belə hərəkət edəcəyi təqdirdə, daha 3 ay müddətinə cəzalandırılacaq.

 

Qeyd edək ki, görüşün 90-cı dəqiqəsində Karlosa ilişərək yerə yıxılan referi arxadan onu təpiklə vurub. Daha sonra ayağa qalxan 46 yaşlı hakim futbolçuya  ikinci sarı vərəqə göstərərək meydandan qovub.


Digər xəbərlər

Xəbər xətti