“Roma”nın hücumçusu Edin Ceko “Çelsi”yə transfer olunacağı barədə iddialara münasibət bildirib.
Sportarena.az xəbər verir ki, bosniyalı futbolçu İtaliya mətbuatına açıqlamasında London təmsilçisi ilə danışıqlar apardığını, ancaq “Roma”da qalacağını deyib:
“Çelsi” ilə görüş olub. Ancaq bu barədə çox gülməli iddialar yayılıb. Hörmət etdiyim klub olan “Çelsi”nin mənimlə maraqlanması sevindiricidi. Bir neçə həftədi “Roma”dan ayrılacağımla bağlı xəbərlər var idi, lakin hələ burdayam. “Roma”da qaldığım üçün xoşbəxtəm. Çünki bura mənim evim və həyatımın bir parçasıdı”.