Futbol üzrə İran çempionatında 22-ci turun oyunları keçirilib.
Sportarena.az xəbər verir ki, Təbrizin “Traktorsazi” klubu səfərdə “Padideh” ilə qarşılaşıb. Qarşılaşma təbrizlilərin inamlı qələbəsi ilə başa çatıb – 3:0. Bu, “qırmızı qurdlar”ın baş məşqçisi təyin edilən türkiyəli Ərtoğrul Sağlamın rəhbərliyi altındakı ikinci oyunda ilk qələbəsidi.
“Göstəriş” hazırda 30 xalla 16 klub arasında 7-ci, “Traktorsazi” isə 25 xalla 10-cu pillədə qərarlaşıb.