Futzal üzrə Fransa yığmasının baş məşqçisi Pyer Jaki Sloveniyanın Lyublyana şəhərində təşkil edilən futzal üzrə Avropa çempionatının final mərhələsində bu gün Azərbaycan millisinə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
Sportarena.az xəbər verir ki, o, komandasının 3:5 hesablı yenilgisi ilə bağlı bunları söyləyib:
“İlk oyunda ispanlara qarşı yaxşı nəticə əldə etmişdik. Bu, inamımızı artırmışdı və davamını gətirməyə çalışdıq. Amma səhvlərə yol verdik və istədiyimizi reallaşdırmağı bacarmadıq. Bizim üçün mübarizə hələ başa çatmayıb. İspaniya - Azərbaycan oyununu nəticəsini gözləyəcəyik. Bir tərəfdə dünyanın ən yaxşı komandası olan İspaniya, digər yanda Avropanın ən güclü hücum xəttinə malik Azərbaycan millsi yer alacaq. Ümidimizi üzməmişik. Qazanılan nəticəyə baxmayaraq, oyunçularımla fəxr edirəm”.