Antalyada təlim-məşq toplanışını davdam etdirən “Qəbələ” bu gün hazırlıq çərçivəsində son oyununu keçirib.
Sportarena.az xəbər verir ki, Roman Qriqorçukun yetirmələri Makedoniyanın “Şkendiya” klubuyla qarşılaşıb. "Qırmızı-qaralar" meydanı məğlub tərəf kimi tərk ediblər - 0:2
“Qəbələ” Antalya toplanışı çərçivəsində Türkiyənin “Akhisar Bələdiyyəspor” (1:1), İsveçrənin “Sürix” (0:1), Makedoniyanın “Rabotniçki” (2:1), Rusiyanın “Arsenal” (3:3) və Çexiyanın “Bohemians” (1:3) klubları ilə üz-üzə gəlib.
“Qəbələ” - “Şkendiya” qarşılaşması “Qloria” otelinin meydançasında baş tutacaq. Yoxlama oyunu Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Yoxlama oyunu
3 fevral
18:00Qəbələ (Azərbaycan) - Şkendiya (Makedoniya) 0:2
Antalya, “Qloria” otelinin meydançası
Qəbələ: 22. Dmitri Bezotosnı, 29. Hacıağa Hacılı, 8. Qismət Alıyev, 3. Vojislav Stankoviç, 15. Vitali Vernidub, 6. Elvin Məmmədov, 11. Asif Məmmədov, 16. Dion Malon, 28. Stiven Monroz, 18. Filip Ozobiç, 9. Baqali Dabo