Əvvəl satdılar, sonra "satqın" adlandırdılar

16:31 3 Fevral 2018

PSJ-nin baş məşqçisi Unay Emeri komanda daxilində baş verənləri mətbuata sızdıran şəxsin adını açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, Emeri PSJ-nin sabiq futbolçusu Lukas Mouranın düşərgədə baş verənləri jurnalistlərə çatdırdığını bildirib. O, Neymarla Edinson Kavani arasında baş verən münaqişəni də mətbuata Mouranın ötürdüyünü deyib. Bu şübhələrdən sonra braziliyalı futbolçunu az-az meydana buraxıblar, daha sonra isə satıblar.

 

Həmyerlisi “Tottenhem”ə satılarkən, Neymar klub rəhbərliyinə öz narazılığını bildirib. Emeri futbolçu onun yox, klub rəhbərliyinin istəyi ilə satıldığını da söyləyib.


Digər xəbərlər

Xəbər xətti