“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Türkiyənin Antalya şəhərində Çernoqoriyanın “Mladost” klubuna qarşı keçirdikləri yoxlama oyunundan sonra fikirlərini bölüşüb.
Sportarena.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 1:1 hesabıyla bitən görüşlə bağlı bunları söyləyib:
“Pis oyun keçmədi. 27 gündü burdayıq, futbolçularda fiziki yüklənmə var. Bu da normal haldı. Futbolçularım yaxşı mübarizə apardı, səhvlərimiz oldu. Yoxlama oyunları da səhvlərimizi görüb aradan qaldırmaq üçündü. Zamanla bu səhvlər də düzələcək”.