Avropa Liqasının təsnifat mərhələsində “Qəbələ”ni mübarizədən kənarlaşdıran Yunanıstanın “Panatinaikos” klubu UEFA tərəfindən cəzalana bilər.
Sportarena.az xəbər verir ki, “Panatinaikos” vaxtı keçmiş kredit borclarına görə cəzalana bilər. Bu barədə UEFA-nın saytında məlumat yerləşdirilib. Məlumatda bildirilir ki, Yunanıstan təmsilçisi bu ilin martın 1-nə qədər borcu ödməsə, UEFA-nın bayrağı altında keçirilən bütün turnirlərdən uzaqlaşdırılacaq.
“Panatinaikos” 200 min avro cərimə də edilib. Bunun 100 mini şərtidi.