Futbol üzrə İspaniya Birinci Divizionunda (Sequnda) 25-ci turun oyunları keçirilib.
Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun bir neçə gün transfer olunduğu “Alkarkon” da növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Saraqosa” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.
Zədəli olan Eddi bu görüşün iştirakçısı olmayıb. Onun yeni komandasının heyətində fevral ayının sonlarında debüt edə bilər.
“Alkorkon" geridə qalan turlarda 30 xal toplayıb və hazırda 22 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.